"Beynəlxalq reqata Ümummilli liderin inşa etdiyi Suqovuşanda baş tutur" - FEDERASİYA PREZİDENTİ
"Bu gün Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Prezident kuboku 2023" beynəlxalq reqatasına start veririk". SİA xəbər verir ki, bu sözləri Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov bildirib.
Qurum rəsmisi bildirib ki, beynəlxalq reqatada 20 yaxın ölkə iştirak edir: "Yarışlar bu gün məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə inşa edilən Suqovuşanda baş tutacaq. Növbəti günlərdə isə reqata Mingəçevir şəhərində davam edəcək. Bağlanış mərasimimiz mayın ayının 7-də Bakıda baş tutacaq. Bütün idmançılara uğurlar arzulayırıq".
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB