Makedoniyalı idmançının sağlamlığı ilə bağlı SON DURUM - QURUMDAN AÇIQLAMA VERİLİB
Avarçəkmə üzrə “Prezident Kuboku-2023” beynəlxalq reqatasında iştirak üçün Azərbaycana gələn Şimali Makedoniya yığma komandasının üzvü Aleksey Çakareski uzun səfərdən sonra ötən gün özünü narahat hiss edib. Məsələ ilə əlaqədar olaraq Federasiya SİA-ya məlumat verib.
Qurumdan verilən məlumata əsasən, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən dərhal təxirəsalınmaz tədbirlər görülüb və idmançı həkim müayinəsindən keçib: "Hazırda onun səhhətində hər hansı bir problem yoxdur, özünü yaxşı hiss edir. Aleksey Çakareski komandası ilə birlikdədir".
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB