Atatürk Mərkəzində kitabın təqdimat mərasimi keçirilib - FOTOLAR

Bu gün Atatürk Mərkəzində İrəvan Müəllimlər Seminariyası adlı kitabın təqdimat mərasimi keçirilib. SİA xəbər verir ki, Cəlal Allahverdiyevin qələmə aldığı kitab İrəvan Müəllimlər Seminariyasının 140 illiyinə həsr olunub.

Tədbirdə millət vəkilləri, yazarlar çıxış edərək İrəvan xanlığının tarixindən bəhs ediblər. Kitabın müəllifi Filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyev bu kitabında qədim tarixə, zəngin mədəniyyətə və ədəbi irsə malik olan İrəvan şəhərində fəaliyyət göstərən, pedoqoji fikir tariximizdə mühüm yer tutan İrəvan Müəllimlər Seminariyasının yaranmasından,onun Azərbaycan şöbəsinin keçdiyi çətin tarixi və şərəfli yoldan bəhs edildiyini bildirib.

Müəllif erməni şovinizmi əhatəsində ana dili məktəblərimizin pedaqoji kadrlarla təmin edilməsində böyük fədakarlıq göstərmiş, adları təhsil tariximizə qızıl hərflərlə yazılmış ziyalıların fəaliyyətindən geniş söhbət açır. Kitabda İrəvan Müəllimlər Seminariyası və onun xələfi olan İrəvan Türk Pedoqoji Məktəbinin fəaliyyəti, təşəkkül və inkişaf yolları, üzləşdiyi problemlər komleks şəkildə araşdırmış görkəmli məzunlarının elm, təhsil, mədəniyyət, dövlət quruculuğu sahələrindəki faliyyətləri ilə bağlı məlumat verilmişdir.

Kəmalə Təyyarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...