Baş Prokurorluğun əməkdaşları Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət ediblər

Azərbaycan Prokurorluğunun yaradılmasının 102-ci ildönümü münasibətilə Baş Prokurorluğun əməkdaşları oktyabrın 1-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

SİA-nın məlumatına görə, prokurorluq əməkdaşları həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər çiçəklər düzüblər.

Daha sonra prokurorluq əməkdaşları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə dərin ehtiramlarını bildirib, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə