Məhərrəmlikdə toy keçirmək düzgündürmü? AÇIQLAMA

"Məhərrəmlik hicri-qəməri təqvimin birinci ayı və yeni ilin başlanğıcıdır".Bunu SİA-ya açıqlamasında Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, din xadimi İbrahim Quliyev deyib.

İbrahim Quliyevin sözlərinə görə, İslamdan əvvəl ərəblər bu ayı ilin ilk və bayram ayı kimi keçirərdilər: "Lakin hicri 61-ci ildə (miladi 680) baş vermiş Kərbəla hadisəsi ilə əlaqədar olaraq müsəlmanlar bu ayı hüzn və matəm ayı kimi keçirməyə başladılar. Çünki məlum olduğu kimi, Kərbəlada həzrət Peyğəmbərimizin (s) sevimli nəvəsi İmam Hüseyn (ə) ailə üzvləri və bir qrup əshabı ilə birlikdə qılıncdan keçirilmiş, xanım və uşaqları isə əsir götürülmüşdür. Dünya müsəlmanlarının əksəriyyəti, o cümlədən xalqımız o vaxtdan etibarən Kərbəla şəhidlərinin matəm mərasiminə xüsusi diqqət göstərmiş və məhərrəmlikdə şadlıq, toy-düyün etməmişlər. Bütün dünya xalqlarının özlərinə məxsus matəm mərasimləri olduğu kimi, müsəlman xalqlarının da kütləvi matəm mərasimi məhz məhərrəm ayında keçirlir.
Bunu da xüsusi şəkildə qeyd etmək lazımdır ki, məhərrəmlik xalqımızın milli-mənəvi mədəniyyətində də ciddi rol oynamış, klassiklərimizin əsərlərində hadisə sözügedən ilə bağlı qəsidələr, şeirlər yazılmış və beləliklə, mərsiyə janrı formalaşmışdır".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə