Canəli Əkbərova ağır itki FOTOLAR

Xalq artisti Canəli Əkbərova ağır itki üz verib. SİA-nın məlumatına görə, xanəndənin oğlu, 1962-ci il təvəllüdlü Asəf Əkbərov vəfat edib.

Bu haqda aparıcı Hacı Nuran məlumat yayıb: "Son günlərin ağır və üzücü xəbərlərinə biri də əlavə olundu. Xalq artisti Canəli Xanəli oğlu Əkbərovun ciyərparası, sevimli övladı Asəf Canəli oğlu Əkbərov (1962-2020) 58 yaşında dünyasını dəyişdi. Mən ata üçün bundan böyük dərd təsəvvür etmirəm. İllahda ki o ata Canəli Əkbərov kimi duyğusal, ruh adamı ola. Adam deməyə söz tapmır. Övlad dağı kimi bir dərd çox ağırdır. Allah özü səbr versin.

Yeri gəlmişkən qeyd edim ki, Canəli Əkbərovun oğlu uzun müddət idi ki, onkoloji xəstəlikdən əziyyət çəkirdi. Mərhum doğulduğu Lənkəran rayonunun Tükəvilə kəndində dəfn olunub. Allah rəhmət eləsin!"

Qeyd edək ki, aprelin əvvəlində Canəli Əkbərovun qardaşı da Rusiyada avtomobil qəzasında həlak olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə