Mübariz Qurbanlı: “Heç kim Azərbaycan kimi qüdrətli bir məmləkətdə ictimai-siyasi sabitliyi pozmağa qətiyyən qadir deyil”- MÜSAHİBƏ
YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının SİA-ya müsahibəsi
- Mübariz müəllim, ölkədəki ictimai-siyasi vəziyyəti necə şərh edərdiz?
- Azərbaycanda ictimai, siyasi, iqtisadi, sosial vəziyyət olduqca sabitdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sosial-iqtisadi inkişafının davamlı olmaq istiqamətində səmərəli və məqsədyönlü siyasət həyata keçirilir. Bu gün Azərbaycanda ümumdaxili məhsulun artımı ilbəil artmaqdadır. Azərbaycanda regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramı həyata keçirilir. Ölkə əhalisinin təbii qazla təminat 80% təşkil edir. İçməli su ilə təminat yüksək səviyyədədir, işsizliyin aradan qaldırılması, yoxsulluğun səviyyəsinin aşağı salınması istiqamətində də xeyli tədbirlər həyata keçirilib. Ölkəmizdə ictimai-siyasi sabitlik möhkəm əsaslar üzərində qurulub. Azərbacanın beynəlxalq maliyyə institutlarının reytinqi getdikcə yüksəlməkdə və insan resurslarının inkişafına görə yüksək pilləyə qalxmaqdadır. Azərbaycanın dünyada yerinin və rolunun daha da möhkəmlənməsi üçün genişmiqyaslı dövlət proqramları həyata keçirilir. Azərbaycanın ictimai-siyasi həyatına mənfi təsir göstərəcək neqativ halların aradan qaldırılması üçün cənab Prezident İlham Əliyevin tapşırığı ilə səmərəli işlər görülür. Milli Məclis tərəfindən dövlətimizin daha da möhkəmlənməsi üçün yeni-yeni mütərəqqi, demokratik qanunlar qəbul olunur. Dövlətimizin maliyyə sabitliyi tam təmin olunubdur. Bu gün Azərbaycan manatı regionda ən sabit valyutaya çevrilibdir. Bu gün müxtəlif xarakterli iqtisadi fəaliyyətlə məşğul olan şirkətlər Azərbaycan manatı ilə alış-veriş etməkdən çəkinmirlər. Azərbaycanın maliyyə ehtiyatı 30 milyard ABŞ dollarından yuxarıdır. Bütün bunlar Azərbaycan cəmiyyətində xalqın, vətəndaşların cənab Prezidentin ətrafında daha sıx birləşməsinə gətirib çıxarır. Amma bütün bunlarla yanaşı, ölkədə bəzi dairələr müxtəlif vasitələrlə həyata keçirilən siyasəti gözdən salmağa cəhd göstərirlər. Ən çox isə, sosial şəbəkələrdən istifadə edərək səs-küy qaldırırlar. Azərbaycanın həyata keçirdiyi siyasəti hansısa müəyyən bir formada göstərmək üçün hər vasitəyə əl atırlar. Bu cəhdlər əbəsdir və heç bir nəticə verə bilməz. Bəzi müxalifət dairələrinin yenidən vətəndaşları meydanlara, küçələrə səsləməsinə səs verən yoxdur. Ona görə də, həmin təşkilatlar sosial dayaqlarını tamamən itiribdir.
- Məqam və məqsədlərini anlamayan gənclərdən İsa Qəmbərov, Əli Kərimov kimiləri istifadə etmək və onları erməni gəncləri ilə əməkdaşlıq etməyə təhrik etmələri siyasətçiyə xas olan xüsusiyyət sayıla bilərmi?
- YAP-ın fəal üzvləri sosial şəbəkələrdə gedən həmin diskussyalarda iştirak edib, araşdırma və təhlillər aparıblar. Məlum olub ki, sosial şəbəkələrdə yaradılan müxalif yönlü qruplar əslində fiksiyadan başqa bir şey deyil. Xaricdə təhsil alan gənclərin bir çoxunu saxta şəbəkələrə daxil edərək guya müxalif yönümlü qruplarla həmrəy olduğunu iddia edirlər. Əslində bu, belə deyil. Bunlar hamısı yalandı. O ki qaldı sosial şəbəkədə ermənilərlə işbirliyinə, bu, müxalifətin birinci dəfə atdığı addım deyil. Müxtəlif vaxtlarda müxalifətçilərin bu cür hərəkət etdiklərini görmüşük. Saxta vətənpərvərlik şüarları ilə çıxış edənlərin iç üzünü bu hadisələr bir daha qabarıq şəkildə göstərir.
- Müsavat partiyası martın 12-də 2003-cü il 15-16 oktyabr iğtişaşlarını təkrarlayacaqlarını bəyan edir. Konstitusiyaya və qanuna zidd fəaliyyət yolu tutmaq sizcə, nə ilə nəticələnə bilər?
- Azərbaycan demokratik, müstəqil ölkədir. Söz, mətbuat və sərbəst toplaşmaq azadlığı təmin edilibdir. Azərbaycanda söz və mətbuat azadlığından sui-istifadə etmək qanunla üz-üzə dayanmaq deməkdir. Hər bir siyasi təşkilat, hər bir toplum müxtəlif aksiyalar keçirə bilər, lakin bu, qanun çərçivəsində olmalıdır. Müsavat partiyası müəyyən bir tədbir keçirmək istəyirsə, bununla bağlı qanunvericilikdə nəzərdə tutulmuş formada dövlət qurumlara müraciət etməlidir. O ki qaldı, onların müəyyən ixtişaşlar törətmək, qarşıdurma yaratmaq cəhdlərinə bunun qarşısı dərhal hüquq-mühafizə orqanları tərəfindən alınacaq və heç kim Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa qətiyyən qadir deyil. Azərbaycan vətəndaşları sabitliyi pozanların arxasınca heç vaxt getməyib. Gənclərimiz bu cür təxribat xarakterli çağırışlara heç zaman dəstək verməyib və verməyəck.
- Sizcə, qeyri-qanuni vasitələrdən xüsusi ilə də, aksiyalardan istifadə edilməsinə cəhdlərin göstərilməsinin arxasında xarici anti-azərbaycan mövqeli qüvvələrin dayandığını söyləmək olarmı?
- Doğrudur, bu aksiyaları keçirməyə bəzi müxalif qüvvələr cəhd edirlər. Amma həmin müxalifətçilərin arxasında kimlərin dayanıb dayanmamasından asılı olmayaraq bu cəhdlər qəti şəkildə heç bir nəticə verməyəcək. Azərbaycan öz sabitliyini, stabilliyini qorumağa qadir dövlətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB