“Uşaq Hüquqları Konvensiyasının Təbliği üzrə təlim kursu”nun yekunlarına həsr olunan tədbir keçirib

“Uşaq Hüquqları Konvensiyasının Təbliği üzrə təlim kursu”nun yekunlarına həsr olunan tədbir keçirib
Bu gün Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK)" Uşaq Hüquqları Konvensiyasının Təbliği üzrə təlim kursu"nun yekunlarına həsr olunan tədbir keçirib. SİA-nın məlumatına görə, tədbirdə AQUPDK sədri Hicran Hüseynova, Ombudsman Elmira Süleymanova, Təhsil nazirinin müavini İradə Hüseynova və digərləri iştirak ediblər. Tədbirdə müsabiqə haqqında məlumat verən Hicran Hüseynova bildirib ki müsabiqənin əsas məqsədi təkcə maarifləndirməkdən ibarət deyil. Onun sözlərinə görə, təlim iştirakçıları özləri maariflənməklə yanaşı öz auditoriyalarına uşaq hüquqları ilə bağlı məlumat verir, söhbət aparırlar.

Uşaq Hüquqları Konvensiyasına qoşulmaqla Azərbaycanın böyük məsuliyyət daşıdığını dilə gətirən komitə sədri söyləyib ki, bir sıra inkişaf etmiş ölkələr var ki onlar hələ də bu Konvensiyaya qoşulmayıb: "Azərbaycanda uşaq müdafiəsi sistemi yaradılıb. Bununla bağlı Heydər Əliyev Fondu tərəfindən bu sahəyə xüsusi diqqət göstərilir. Fond tərəfindən tikilən yeni bağçaların, məktəblərin tikilməsi buna əyani sübutdur. Biz də bir komitə olaraq keçirilən təlimləri genişləndirməyi qərara almışıq. Beləki, bu təlimlər nəticəsində daha çox uşaq öz hüquqlarını öyrənəcək".

Tədbirin davamında çıxış edən Ombudsman keçirilən təlimləri yüksək qiymətləndirib. O bu təlimlərin daha da genişləndirilməsinin təqdirə layiq olduğunu dilə gətirib.

Tədbir müzakirələr əsasında davam edib. Sonda Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi Qeyri- Hökumət təşkilatının təmsilçilərinə diplomlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə