Xocalı aeroportu istifadəyə verildi, bəs sonra?

Separatçı Dağlıq Qarabağ rejimi Xankəndi hava limanını rəsmən istifadəyə verib. Bu haqda qondarma rejimin Mülki Aviasiya İdarəsinin rəhbəri Dmitri Atbaşyan "News.am" saytına bildirib.

"Rəsmi sertifikatı artıq almışıq. Bu sertifikatda Xankəndi hava limanının beynəlxalq standartlara cavab verdiyi və hava gəmilərinin qəbulu, yola salınmasına icazə verildiyi əks olunub".

O, sertifikatın 28 sentyabrda qəbul edildiyini deyib. Xankəndi hava limanı rəsmən istifadəyə verilsə də, təyyarələrin qəbulu və yola salınma tarixi haqqında hələ ki, dəqiq məlumat verilməyib.

Qeyd edək ki, rəsmi Bakı Xankəndidə qeyri-qanuni uçuşların keçirilməsilə barışmayacağını dəfələrlə bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə