AMEA-nın vitse-prezidenti: “Azərbaycanda zəlzələ riski böyükdür” - MÖVQE

ABŞ və Azərbaycan alimləri Kür ovlağının şimalında və Abşeron yarımadasının cənubunda yer qabığının defomasiyaya uğradığını müşahidə ediblər. SIA-nın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti və Geologiya İnstitutunun direktoru Akif Əlizadə bu gün keçirdiyi mətbuat konfransında qeyd edib ki, 1998-ci ildən etibarən Amerikalı alimlərlə birlikdə aparılan tədqiqatın nəticəsi olaraq gərginlik müşahidə olunub.

AMEA-nın vitse-prezidenti eyni zamanda əlavə etdi ki, son dövrlər Azərbaycan ərzisində əhalinin sıxlığının artması və neft infrastukturunun güclənməsi bölgədə zəlzələ riskini artrır. Tədqiqatçıların hazırladığı rəy əsasında jurnalistlərə məlumat verən geolog alim qeyd edib ki, aparılan son tədqiqtlara əsasən Şamaxı istiqamətində və Abşeron yarımadasında yer qabığının hansı istiqamətində qırılmalar olacağı dəqiq məlum olmasa da bu zonalarda seysmik aktivlik artır. Ancaq gərginliyin artmasına baxmayaraq, hələ ki heç bir zəlzələ ehtimalı gözlənilmir. Akif Əlizadənin sözlərinə görə, bəzən müəyyən KİV-nümayəndələri geoloq alimlərin adından istifadə edərək yalnış məlumatlar yayırlar.

Daha sonra çıxış edən Geologiya İnstitutunun geodinamika və seysmalogiya şöbəsinin müdiri Fəxrəddin Qədirov qeyd etdi ki, regionun seysmik vəziyyətini nəzarətdə saxlamaq üçün Azərbaycan alimləri pararlel olaraq Türkiyə, İran, Gürtcüstan və Ermənistan mütəxəsisləri ilə birgə çalışırlar. Fəxrəddin Qədirov həmçinin əlavə etdi ki, bu gün regionun geo-seysmoloji vəziyyəti ABŞ istehsalı olan GPS sistemi ilə izlənir. Elmi tədqiqatlar göstərir ki, 2006-2012-ci illərdə Abşeron yarımadasında və onun cənubunda dənizdə gərgilnlik toplanır. Fəxrəddin Qədirov bildirdi ki, ABŞ-ın Mssaçusets Texnoloji İnstitutun hədiyyə etdiyi GPS sistemi Azərbaycan Seysmoloji Xidmət Mərkəzi ilə birgə inşa edilən 25 stansiyada quraşdırılacaq. Qeyd edək ki, bu müasir texnologiya vastəsi ilə ərazidəki seysmik gərginliyin yeri barədə məlumat verir. Yalnız zəlzələnin gücü ilə bağlı məlumat almaq mümkün deyil.


Mənzər Ərçəqızı

Bütün xəbərlər Facebook səhifəmizdə