Gənclər Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevə təşəkkür teleqramı ünvanlayıblar

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin "Yay məktəbi" layihəsi çərçivəsində Partiyanin fəal gəncləri Oğuz, Qəbələ və Lerikdə rayonlarında asudə vaxtlarını səmərəli şəkildə keçiriblər. Səfər çərçivəsində ən yaddaqalan hadisə YAP-ın Sədr müavini, İcra Katibi, millət vəkili Əli Əhmədovun gənclərlə görüşü olub. Gənclərə xoş istirahat arzulayan Ə.Əhmədov Azərbaycan dilbər guşələri ilə tanışlıq baxamından bu cür ekuskursiyaların əhəmiyyətindən də bəhs edib. Qeyd edib ki, YAP sıralarında təmsil olunan gənclər arasında ünsiyyət və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi baxımından bu cür istirahət tədbirləri xüsusi önəm kəsb edib. Qeyd olunan rayonlarda hər birində 50 nəfər olmaqla 4 qrupdan ibarət komandalar təşkil olunmuşdu. Beləliklə YAP-çı gənclərin ilk səfəri Oğuz rayonuna oldu. YAP üzvləri olan qız və oğlanlardan ibarət təşkil olunmuş komandalarda Bakı və bölgələrdən olan gənclər təmsil olunurdu. Gənclərdən ibarət qrupun rəhbəri kimi YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin üzvü Sədaqət Vəliyeva və Partiyanın həmin bölgə üzrə kuratoru Qalib Əsgərov olmuşdur. YAP-çı gənclər səfərlərinin ilk günündə Ulu Öndər Heydər Əliyevin Oğuz rayonun mərkəzində ucaldılmış abidəsini ziyarət edib, abidəsi önünə tər çiçək dəstələri düzüblər. Gənclər daha sonra Oğuz rayon Tarix Diyarşünaslıq Muzeyində olaraq burada olan maddi mədəniyyət nümunələri ilə tanış olublar. Burada saxlanılan tarixi eksponatlarla bağlı gənclərə ətraflı və dolğun məlumatlar çatdırıldı. Öz növbəsində müzeylə tanışlıq gənclərimizə böyük təəsüratlar yaratmış olub. Eyni zamanda, gənclər Oğuzda arxeoloji qazıntılar zamanı yeni tapılan və hələ də arxeoloji təqdiqatları davam edən kurqanları ziyarət ediblər.

Buradan tapılan maddi tapıntılar da gənclərdə böyük maraq oyadıb. Proqrama uyğun olaraq səfərin növbəti göruşlərinin birində gənclərimiz Oğuzun Xal-xal adlanan istirahət guşəsində istirahətlərini davam etdiriblər. Həmçinin, rayon ərazisindəki füsunkar təbiət qoynuna, meşələrə gənclərin gəzintisi təşkil olunub. Bunlarla yanaşı, gənclərin sərbəst vaxtlarının daha səmərəli keçirilməsi məqsədilə müxtəlif mövzular ətrafında diskussiyalar aparıldı və geniş fikir mübadiləsi oldu. Belə ki, Umummilli Lider Heydər Əliyev və Dövlət Gənclər Siyasəti, Gənclik və Müasirlik, eləcə də sosial şəbəkələr və gənclərin bu istiqamətdə aktivliyi mövzuları ilə bağlı konfranslar təşkil olundu. Gənclərimizi maraqlandıran suallar cavablandırıldı.

Səfərin sonunda YAP-ın gənc fəalları təkliflə çıxış dərək bütün fəal gənclər adından Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevə təşəkkür teleqramı ünvanladılar.


Tapdıq Qurbanlı


Bütün xəbərlər Facebook səhifəmizdə

loading...