Bu ilin 9 ayında əlilliyi olan 11 min şəxsə 490 min reabilitasiya vasitəsi verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi bu ilin yanvar-sentyabr aylarında əlilliyi olan 11 min şəxsi 490 min reabilitasiya vasitəsi ilə təmin edib.
Bu barədə SİA-ya nazirlikdən məlumat verilib.
Qeyd olunan reabilitasiya vasitələrindən 3231-i təkərli oturacaq (o cümlədən 135-i mühərrikli təkərli oturacaq), 1506-sı aşağı və yuxarı ətraf protezi, 2445-i əsa, qoltuqaltı və dirsəkaltı ağac olub.
Həmçinin əlilliyi olan şəxslərə 6654 cüt protez və ortopedik ayaqqabı, 2089 eşitmə aparatı, 162 korset və s. reabilitasiya vasitələri təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB