Bakı Lift-Təmir İstehsalat Birliyi şikayətlərə etinasız yanaşır - ŞİKAYƏT

Bakı Lift-Təmir İstehsalat Birliyi  şikayətlərə etinasız yanaşır - ŞİKAYƏT

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, bina - 1, blok - 2 –də yaşayan sakinlər liftlərinin tez-tez xarab olmasından şikayət edirlər

Hündürmərtəbəli yaşayış binalarında yaşamağın bir sıra çətinlikləri və problemləri var. Başlca çətinlik, bəzi hallarda sakinlərin mənzillərinə çıxıb, düşmələri məsələsində arzuolunmaz problemlərlə üzləşmələridir. Bakı Lift-Təmir İstehsalat Birliyinin fərsizliyi və bacarıqsılığı səbəbində liftlər tez-tez xarab olur. Bu da insanların həyatına mənfi təsir edir. Çox zaman bina sakinləri liftə mindiyi zaman lift xarab olur və dayanır. Nəticədə sakinlər uzun müddət liftdə qalırlar ki, bu da onların sağlamlığqlarına mənfi təsir edir, xəstələnirlər. Hətta xətəxanaya düşən və müalicə olunan sakinlər də olur. Baxmayaraq ki, liftlərin təmirinə, istismarına, müəyyən hallarda yenilərinin alınmasına dövlət büdcəsindən milyonlarla manat maliyyə vəsaiti ayılır. Bunla yanaşı sakinlərin hər birindən 12 manat pul yığılır. Araşdıran da isə məlum olur ki, dövlət büdcəsindən ayrılan və sakinlərdən yığılan maliyyə vəsaitinin on faizi belə təyinatı üzrə xərclənməyir. Yəni maliyyə vəsaiti hara və hansı məqsədlərə sərf olunduğu bilən yoxdur. Mövcud reallığı ancaq Baş Prokurorluğun Koorupsiyaya qaşı Mübarizə idarəsi aydınıaşdıra bilər ki, onlar da hələ ki, susurlar. Nəzarətsilikdən istifadə edən Bakı Lift-Təmir İstehsalat Birliyi də istədiyi özbaşlanlığı və sakinlərə hörmətsiliyini davam etdirir.

Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, bina - 1, blok - 2-də yaşayan sakinlər redaksiyamıza müraciətlərində yaşadıqları binanın liftinin dəfələrlə sıradan çıxdığını və işləmədiyini yazırlar.

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, bina - 1, blok- 2 -də yaşayan Nailə Ağakəromova yazır ki, liftin tez-tez xarab olması səbəbindən əziyyət çıkirlər: “Problemin köklü həlli üçün Bakı Lift-Təmir İstehsalat Birliyinə şikayət etmişik. Şikayətlərimizə etinasız yanaşılıb. Mən özüm son 6 ay ərzində 5 dəfə liftdə qalmışam. Yaşlı adamam nəfəs almaqda çətinlik çəkirəm. Qonşuların fəal müdaxiləsi və yardımı ilə liftin qapılarını açıb, çıxarılmışam. Lift idarəsi isə bizm şikayətimizə baxmır”.

N.Ağakərimova qeyd edir ki, 4 gün öncə qoşunun azyaşlı uşagı liftdə qalmışdı, valideynləri çox axtardı, onlar elə güman edirdilər ki, uşaqları yoxa çıxıb, başqa bir qonşu xəbər gətirdi ki, lift xarab olub və uşaq liftdə qalıb: “Sakinlər liftə minməyə qorxular. Çünki tros qırıla və bədbəxt hadisə baş verə bilər. Əslində lift idarəsi də hesab edir ki, sakinlərdən biri ölsün ondan sonra liftin əsaslı təmirini həyata keçirsinlər. Xoşbəxtlikdən xəsarət alanlar olsa da, ölüm halı baş vermir”.

Xatırlatmaq yerinə düşər ki, dəfələrlə liftin trosunun qırılması səbəbindən sakinlərdən həyatını itirənlər olub. Belə ki, bir qədər əvvəl Hövsan qəsəbəsinin azyaşlı sakini Orxan Rüstəmov liftin triosunun qırılması səbəbindən həyatını itirmişdir. Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yahya Hüseynov küçəsində yerləşən yaşayış binasında 1979-cu il təvəllüdlü Aynurə Mehdiyeva binadakı liftin qapıları arasında qalması nəticəsində aldığı xəsarətlərdən həyatını itirib.

Eyni faciəvi hadisə Xətai rayonu ərazisində hündürmərtəbəli binanın sakini polkovnik-leytenant Məhərrəm İzzətov üzləşmişdir. Beləki, zabit liftin triosunun qəfil qırılması nəticəsində lift şaxtasına düşərək həyatını itirmişdir. Fövqəladə Hallar Nazirliyi yaydığı məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda texniki nasazlıq səbəbindən liftin qapıları arasında qalmış 1964-cü il təvəllüdlü Həşimov Bəylər Yasin oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Həmçinin, Suraxanı rayonu Hövsan qəsəbəsində 9 mərtəbəli yaşayış binasının liftini təmir edən 2 gənc usta faciə ilə üzşəlmişdirlər. Ustalardan biri aldığı xəsarətdən dünyasını dəyişmiş, digəri isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

N.Ağakərimovanın həyəcan təbili çaldığı kimi, lift idarəsi Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, bina - 1, blok - 2 –də yeni bir faciənin baş verməsini gözləyir. Hesab edirlər ki, daha bir can alınsın və bundan sonra liftin yenilənməsi üçün addımlar atsınlar.

N.Ağakərimovanın digər qonşusu Ələkbər Məmmədxanov da liftin tez-tez xarab olmasından şikayət edir. Bildirir ki, liftin nasaz olması ilə bağlı aidiyyati qurumlara çoxsaylı, müraciətləri, zəngləri olub, lakin tədbir görən, problem həll edən olmayıb: “Liftdən istifadəyə görə, adambaşına düşən aylıq ödənişi vaxtlı-vaxtında ödəyirik. Liftin xırda təmirinə ehtiyac oldğu zaman onu da qonşuların yığldğı vəsait hesabına aradan qaldırıq. Bu zamana qıdır lift idarəsi bizm liftin təmirinə bir qəpiq belə xərcləməyib. İndi isə çətin vəziyyətlə üzləşmişik. Blokun müxtəlif yaşda olan sakinləri var. Onlar hündür mərtəbələrə piləkənlərlə çxıb düşməkdə əziyyət çəkrirlər. Bəzən təcili yardım çağıranda, onlar liftin işləməməsi səbəbindən yuxarı mərtəbələrə xəstənin çağırışına qalxmaq istəmirlər. Xahiş edirik, problemimizin işıqlandırılması ilə həllinə kömək edəsiniz”.

Məsələyə aydınlıq gətirilməsi üçün bir neçə dəfə Bakı Lift-Təmir İstehsalat Birliyinə zəng etsək də zənglərimizə cavab verən olmadı. Ümid edirik ki,bizə cavab verilməsə də sakinlərin müraciətinə cavab veriləcək, nasaz liftin təmir olunmasına və ya onun yenisi ilə əvəz edilməsinə yardımçı olacaqlar.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə