CASCFEN-in layihəsi çərçivəsində keçirilən konfransda Türk dünyasında siyasi, mədəni, hərbi və informasiya əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib
Oktyabrın 3-də Bakıda “Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına” mövzusunda konfrans keçirilib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il qrant müsabiqəsinin qalibi olan eyniadlı layihə çərçivəsində keçirilən tədbirin əsas məqsədi Türk dünyasının ortaq tarixi və mədəni dəyərləri, Şuşa Bəyannaməsinin yaratdığı strateji əməkdaşlıq mühiti və Türk Dövlətləri Təşkilatının inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparmaq olub.

Layihənin və tədbirin tanıtım lövhəsi
CASCFEN-in Mətbuat xidmətindən verilən məlumata görə, konfransda Türkiyə, Özbəkistan və Kuzey Kıbrıs Türk Cümhuriyyətindən qonaqlar, Türk dövlətlərinin Azərbaycandakı diplomatik korpuslaırnın təmsilçiləri, ictimaiyyət nümayəndələri, millət vəkilləri, media təmsilçiləri, QHT rəhbərləri, ziyalılar və Türk dünyasının fəalları iştirak ediblər.

Tədbir zamanı
Gəncliyə Yardım Fondunda keçirilən tədbiri layihə üzrə ekspert, Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı Əkbər Qoşalı açaraq layihənin mahiyyəti barədə məlumat verib. O bildirib ki, layihənin adının “Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına” seçilməsi təsadüfi deyil.

Əkbər Qoşalı çıxış edərkən
Bu il həm Şuşa Bəyannaməsinin imzalanmasının, həm də Türk Şurasının Türk Dövlətləri Təşkilatına çevrilməsinin beşinci ildönümü qeyd olunur və layihə bu iki mühüm hadisəni vahid məzmun çərçivəsində birləşdirir.
Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk və Türk dünyasının torpaqlarının işğaldan azad olunması uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Bir dəqiqəlik sükut
Sonra çıxış edən CASCFEN sədri, layihə rəhbəri Nadir Azəri layihəyə dəstəyə görə QHT Agentliyinə, tədbirin keçirilməsi üçün məkan təqdim etdiyinə görə isə Gəncliyə Yardım Fondunun prezidenti Salih Zəki Meriçə minnətdarlığını ifadə edib.

Nadir Azəri çıxış edərkən
Üç aylıq layihə çərçivəsində bir sıra mühüm tədbirlərin və rəsm müsabiqəsinin həyata keçirildiyini diqqətə çatdıran natiq, müsabiqənin final mərhələsinə keçən əsərlərin Türk dünyasının ortaq ruhunu, dəyərlərini və Turan düşüncəsini əks etdirdiyini bildirib. Qeyd edilib ki, ilkin olaraq 15 finalçının müəyyənləşdirilməsi nəzərdə tutulsa da, təqdim olunan əsərlərin rəngarəngliyi nəzərə alınaraq Təşkilat Komitəsi 21 əsəri finala buraxıb. Konfransın sonunda finalçılara plaket, sertifikat və simvolik mükafatların təqdim ediləcəyini bildirilib.
Nadir Azəri tədbirin 3 oktyabr tarixində keçirilməsinin xüsusi məna daşıdığını da qeyd edib. O xatırladıb ki, 3 oktyabr Türk Dövlətləri Əməkdaşlıq Günü kimi qeyd olunur.

Finalçılar
Gəncliyə Yardım Fondunun prezidenti Salih Zeki Meriç fondun fəaliyyəti barədə məlumat verib və layihə çərçivəsində Türk dünyasının müxtəlif ölkələrindən olan nümayəndələrin bir araya gəlməsinin əhəmiyyətini vurğulayıb.

Salih Zeki Meriç çıxış edərkən
O, bildirib ki, Şuşa Bəyannaməsi təkcə Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətlərinin rəsmi təsbit olunması deyil, eyni zamanda Türk Dövlətləri Təşkilatının (TDT) institusional güclənməsinə, regionda sülh, sabitlik və təhlükəsizlik mühitinin dərinləşməsinə xidmət edən tarixi bir zəmindir.
Qeyd edilib ki, müasir dövrdə Türk dövlətləri arasında hərbi, siyasi, iqtisadi və mədəni sahələrdə sıx əməkdaşlıq artıq bir zərurətə çevrilib. Şuşa Bəyannaməsi ilə təməli daha da bərkiyən bu müttəfiqlik modeli TDT çərçivəsində digər qardaş ölkələr üçün də böyük inteqrasiya imkanları açır. Çıxışda həmçinin xalqlararası və ictimai-siyasi platformalarda ortaq Türk kimliyinin, mədəni irsin və həmrəyliyin geniş təbliğ edilməsinin vacibliyi önə çəkilib.

Azər Allahverənov çıxış edərkən
TDT-yə üzv ölkələrin QHT Platformasının Baş katibi, Milli Məclisin deputatı Azər Allahverənov Şuşa Bəyannaməsinin regional geosiyasi proseslərə təsirini və TDT çərçivəsində artan inteqrasiya imkanlarını geniş təhlil edib. O, çıxışında xüsusilə əsas məqamları önə çəkib: “Şuşa Bəyannaməsi yalnız Azərbaycan və Türkiyənin ikitərəfli müttəfiqlik münasibətlərinin zirvəsi deyil, eyni zamanda TDT-nin ümumi strateji xəttini müəyyən edən fundamental sənəddir. Bəyannamədən irəli gələn prinsiplər Türk dünyasının təhlükəsizlik, miqrasiya, humanitar və ictimai-siyasi sahələrdə daha sıx birliyini şərtləndirir.”
Azər Allahverənov vurğulayıb ki, müasir qlobal çağırışlar fonunda Türk dövlətlərinin mülki cəmiyyət institutları və ictimai təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi böyük zərurətdir.

Ufuk Turganer çıxış edərkən
KKTC-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Arça Turganer də salamlama çıxışı edərək Türk dünyası arasında əlaqələrin inkişafında bu cür platformaların roluna diqqət çəkib.
O, CASCFEN-nin bu tipli layihələri reallaşdırmasının da təqdirəlayiq olduğunu bildirib.
Konfransın əsas məruzəçisi, KKTC-nin Bayraq Radio və Televiziya Qurumunun (BRTK) direktoru Meryem Özkurt Türk dünyasını birləşdirən əsas amillərin ortaq tarix, mədəniyyət və dil olduğunu vurğulayıb.

Meryem Özkurt çıxış edərkən
Meryem Özkurt Şuşa Bəyannaməsinin Azərbaycan-Türkiyə strateji tərəfdaşlığını daha yüksək mərhələyə daşıdığını, TDT-nin isə Türk dünyası arasında əməkdaşlığın institusional əsaslarını gücləndirdiyini bildirib. O, KKTC-nin TDT-də müşahidəçi statusunun Kıbrıs türklərinin Türk dünyası ilə əlaqələrinin institusional müstəvidə daha görünən hala gəlməsi baxımından əhəmiyyətini qeyd edib.
Çıxışda media sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi də vurğulanıb, uzunmüddətli perspektivdə Türk Dünyası Media Əməkdaşlığı Şəbəkəsinin yaradılmasının bu fəaliyyətləri daha sistemli hala gətirə biləcəyi bildirilib.

Elçin Mirzəbəyli çıxış edərkən
Millət vəkili, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elçin Mirzəbəyli TDT-nin inkişaf edən əməkdaşlıq platforması kimi əhəmiyyətinə diqqət çəkərək Türk dövlətləri arasında əlaqələrin müxtəlif istiqamətlərdə genişləndirilməsinin vacibliyini vurğulayıb.
Qeyd edilib ki, müasir dövrdə media platformalarının, xəbər agentliklərinin və jurnalist təşkilatlarının sıx inteqrasiyası Türk birliyinin möhkəmlənməsinə birbaşa töhfə verir. Şuşa Bəyannaməsindən irəli gələn prinsiplər TDT-yə üzv ölkələrin informasiya siyasətinin də uyğunlaşdırılmasını və ortaq bəyanatların daha təsirli şəkildə beynəlxalq aləmə çatdırılmasını təmin edir.

Yücel Karauz çıxış edərkən
Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz Türk dünyasının gələcək birliyində müdafiə və hərbi əməkdaşlığın əhəmiyyətinə toxunaraq təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.
Bildirilib ki, müasir geostrateji təhdidlər və regional çağırışlar fonunda Türk dövlətlərinin müdafiə sənayesi, hərbi təlimlər və təhlükəsizlik sahəsində inteqrasiyasını dərinləşdirməsi böyük zərurətdir. Şuşa Bəyannaməsindən irəli gələn prinsiplər regionda sülhün, sabitliyin və təhlükəsizliyin etibarlı qarantı kimi çıxış edir.

Vüqar Rəhimzadə çıxış edərkən
Millət vəkili Vüqar Rəhimzadə TDT-nin regionda və dünyada artan əhəmiyyətindən, Azərbaycan ilə digər türk dövlətləri arasında əlaqələrin inkişafından danışıb. V.Rəhimzadə bildirib ki, tədbirdə səsləndirilən fikirlər yalnız bugünkü nəsil üçün deyil, gələcək nəsillər üçün də örnək əhəmiyyəti daşıyır.
Deputat 2009-cu ildə TDT-nin (o zaman Türk Şurası-red.) məhz Naxçıvanda təsis edilməsinin türk dövlətləri arasında əməkdaşlığın inkişafında mühüm mərhələ olduğunu xüsusi olaraq vurğulayıb. Qeyd olunub ki, Naxçıvanda əsası qoyulan birlik hər keçən gün daha da güclənir.

Dildora Abdullayeva çıxış edərkən
Konfransın digər qonağı Özbəkistan Milli Televiziyasının əməkdaşı Dildora Abdullayeva Azərbaycan-Özbəkistan münasibətlərinin tarixi, mədəni və dil yaxınlığına söykəndiyini bildirib. O, Əlişir Nəvai və Nizami Gəncəvi kimi böyük mütəfəkkirlərin irsinin iki xalqı birləşdirən ortaq dəyərlərdən olduğunu qeyd edib.
D.Abdullayeva Azərbaycan və Özbəkistanın TDT-nin fəal üzvləri kimi siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin inkişafına töhfə verdiklərini vurğulayıb.
Tədbirdə çıxış edən Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrət Şuşa Bəyannaməsinin Türk dünyasının siyasi və ideoloji birliyində oynadığı müstəsna roldan bəhs edib, TDT-nin gələcək inkişaf perspektivlərinə diqqət çəkib.

Azər Həsrət çıxış edərkən
Azər Həsrət bildirib ki, Türk dövlətlərinin mülki cəmiyyət institutları və media qurumları ortaq milli maraqların müdafiəsi və dezinformasiyaya qarşı mübarizədə daha yaxından əməkdaşlıq etməlidir. Şuşa Bəyannaməsindən irəli gələn ruh Türk dünyasının vahid ideoloji platformada birləşməsini zəruri edir.
Türkiyənin yolcutvhaber.com saytının yazı işləri müdiri İsmail Başaran Türk dövlətləri arasında münasibətlərin inkişafında medianın strateji roluna diqqət çəkib.

İsmail Başaran çıxış edərkən
İsmail Başaran Türk dünyası ölkələrinin media qurumları arasında ortaq xəbər platformalarının yaradılması, jurnalist mübadiləsi, birgə sənədli filmlərin hazırlanması, gənc jurnalistlər üçün təlim proqramlarının təşkili və çoxdilli rəqəmsal platformaların yaradılmasını təklif edib.
Daha sonra konfrans iştirakçıları arasında qısa replika çıxışları olub.

Aqil Camal çıxış edərkən
“Türküstan” Media Qrupunun rəhbəri Aqil Camal bu cür tədbirlərin türk dünyasının daha dərindən inteqrasiyasında önəmli rol oynadığını deyib.

Şahin Əliyev çıxış edərkən
“Əbədi Birlik” Gənclər Təşkilatının sədri Şahin Əliyev isə bu cür tədbirlərin gənclərin ortaq dəyərlərimiz barədə daha dərindən bilgilənməsində rolundan bəhs edib.

Finalçılar
Sonda layihə çərçivəsində keçirilən rəsm müsabiqəsinin finalçıları və fərqlənən iştirakçılar mükafatlandırılıb.

Fərqlənənlər
Türk dünyasının ortaq dəyərlərini və Turan düşüncəsini əks etdirən əsərlər arasından seçilən 21 finalçıya mükafatlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB