"Azərbaycan Dəmir Yolları" QSC (ADY) qarşıdan gələn Qurban bayramı ilə əlaqədar 27 mayda Gəncə–Mingəçevir–Gəncə marşrutu üzrə reyslər təşkil edəcək.
Bu barədə SİA-ya səhmdar cəmiyyətindən bildirilib.
Məlumata görə, qatar saat 07:15-də Gəncədən, saat 08:40-da isə Mingəçevirdən yola düşəcək.
"ADY-nin Qurban bayramı münasibətilə təşkil etdiyi Gəncə-Mingəçevir-Gəncə reysləri ilə bayramı bu iki gözəl şəhərdə keçirmək fürsətini əldən verməyin", - deyə məlumatda deyilir.
Sərnişinlər biletləri ADY-nin saytından, "ADY Mobile" tətbiqindən və ya Gəncə Dəmiryol Vağzalından əldə edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB