“Məqsədimiz Azərbaycanın milli ailə dəyərlərini gənclər arasında təbliğ etməkdir” - ADİL ŞİRİNOV
“Layihənin əsas məqsədi Beynəlxalq Ailə Günü münasibətilə tələbələrimizi dinləmək və onların ailə dəyərləri ilə bağlı düşüncələrini ortaya qoymaqdır. Tələbələr auditoriyada müəllim kimi çıxış edərək Azərbaycanın milli düşüncəsində və milli kimliyində ailə dəyərlərinin rolundan bəhs edirlər”.
SİA xəbər verir ki, bu sözləri jurnasilstlərə açıqlamasında Azərbaycan İlahiyyat İnistitunun rektoru Adil Şiriniov Beynəlxalq Ailə Gününə həsr olunmuş “Ailə dəyərləri” mövzusunda keçrilən tədbirdə bildirib.
Onun sözlərinə görə, eyni zamanda ailə dəyərlərini psixoloji, sosioloji və teoloji aspektlərdən izah edən mühazirələr təşkil olunur. Bu tədbirlərə müəllimlərlə yanaşı, Azərbaycanda fəaliyyət göstərən ziyalı şəxslər də dəvət edilir və onların iştirakı ilə müxtəlif müzakirələr, diskussiyalar aparılır.
Əsas məqsədimiz Azərbaycanın milli ailə dəyərlərini gənclər arasında təbliğ etmək və onları bu dəyərlərə daha sıx bağlamaqdır. Bildiyiniz kimi, müasir dünyada ailə institutuna qarşı müxtəlif təhdidlər mövcuddur. Ənənəvi ailə dəyərləri müəyyən mənada öz funksionallığını itirir və onların yerində yeni yanaşmalar formalaşır. Lakin Azərbaycan ailəsi həm müasir dövrün çağırışlarına uyğunlaşmalı, həm də öz milli-mənəvi köklərinə sadiq qalmalıdır.
Bu baxımdan Azərbaycan İlahiyyat İnstitutunda həyata keçirilən layihənin əsas məqsədi köklərinə bağlı, eyni zamanda müasir düşüncəyə açıq olan ailə modelini cəmiyyətə aşılamaqdır. Ümid edirik ki, tələbələrimizin təqdim etdiyi bu mühazirələr gələcəkdə həyata keçiriləcək digər layihələr üçün də nümunə olacaq. Qeyd etmək istərdim ki, Azərbaycan İlahiyyat İnstitutunda ailə dəyərləri, qadın məsələləri və erkən nikahlarla bağlı müxtəlif layihələr həyata keçirilir və bu təşəbbüslər dini qurumlar tərəfindən dəstəklənir”.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB