Bibiheybət yolunda nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq

Təmir-bərpa işləri ilə əlaqədar olaraq Bibiheybət yolunda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, məhdudiyyət aprelin 13-də saat 10:00-dan aprelin 15-də saat 07:00-dək qüvvədə olacaq.

Göstərilən müddət ərzində sürücülər alternativ olaraq köhnə Salyan şossesindən istifadə edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə