"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində taktiki-xüsusi təlim keçirilib
Fövqəladə Hallar Nazirliyi (FHN) Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ərazisində "Fövqəladə hallar zamanı xəbərdarlığın təşkili, dağıntılar altında qalanların axtarışı və qəza-xilasetmə işlərinin aparılması zamanı qüvvə və vasitələrin idarə edilməsi" mövzusunda taktiki-xüsusi təlim keçirilib. Bu barədə SİA FHN-ə istinadən xəbər verir.
Təlimin keçirilməsində məqsəd Qoruğun ərazisində yaşayan əhalinin və fəaliyyət göstərən obyektlərin əməkdaşlarının üzləşə biləcəyi fövqəladə hallarla bağlı məlumatlandırılması, fövqəladə hallar zamanı fəaliyyət üzrə əməliyyat və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi və bu istiqamətdə mövcud planların reallığının yoxlanılması, habelə müvafiq maarifləndirmə işinin aparılması olub.
Tədbirə FHN və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ümumilikdə 46 nəfərdən ibarət şəxsi heyəti və 6 xüsusi texnikası cəlb edilib.
Təlim praktiki və nəzəri hissədən ibarət olub.
Təlimin nəzəri hissəsində FHN əməkdaşları tərəfindən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşlarına fövqəladə hallar və bunlarla bağlı davranış qaydaları, o cümlədən təxliyənin təşkili məsələləri barədə geniş məlumat verilib, suallar cavablandırılıb.
Təlimin praktiki hissəsində Qoruğun ərazisində baş vermiş şərti yanğınla müşayiət olunan "partlayış"la əlaqədar yaranmış vəziyyətin qiymətləndirilməsi, qüvvə və vasitələrin hadisəyə çevik reaksiyası, habelə kəşfiyyat, axtarış-xilasetmə və qarşılıqlı fəaliyyətin təşkili üzrə komandir-rəis heyətinin fəaliyyətləri təşkil olunub. Şərti yanğın Nazirliyin yanğından mühafizə qüvvələri tərəfindən qısa müddətdə söndürülüb, "hadisə" baş vermiş binada "köməksiz vəziyyətdə qalmış" şəxslər xilasedicilər tərəfindən "xilas edilərək ilk yardım göstərildikdən" sonra aidiyyəti üzrə təhvil verilib.
Uğurla reallaşdırılan təlimdə qarşıya qoyulan məqsədlərə nail olunub.
Təlimin sonunda əldə edilmiş nəticələrin müzakirəsi məqsədilə toplantı keçirilib, müvafiq tapşırıqlar verilib.
Xəbər lenti
Qərb mediası Putinə daha bir ləqəb qazandırıb...
Dünya 19:14İdman depressiya ilə mübarizəyə necə kömək edir..?
Səhiyyə 19:05“Benzinsiz necə yaşaya bilərik..?”
Dünya 18:53Tayvanda çətin şəraitdə işləmək üçün humanoid robot təqdim edilib
Texnologiya 18:35Bəzi rayonlara dolu düşəcək
Hadisə 17:16Sülh mümkün deyil - ANALİZ
Siyasət 16:36Ənənəvi bank şərtləri, yoxsa onlayn faiz tələsi? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:33Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşüb
Siyasət 16:25Ay yarışı fəlakətlə bitə bilər
Dünya 16:06“Gəl ey səhər” yeni nəfəsdə: Xalq artistlərindən möhtəşəm performans
Şou-Biznes 15:46“Şuşa konfransı qlobal sülh və təhlükəsizliyə töhfədir”
Siyasət 15:44Gənclər niyə kirayə əvəzinə kreditlə ev almağa üstünlük verir? - ARAŞDIRMA
İqtisadiyyat 15:19AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib
İqtisadiyyat 15:18"Dəmiryol nəqliyyatında mülki müdafiənin təşkili Qaydaları" təsdiq edilib
İqtisadiyyat 14:59Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verib
İqtisadiyyat 14:58Rusiya Afrikaya can atır - AKTUAL
Dünya 14:50Moskvada ən böyük neft emalı zavodu yanır
Dünya 14:41Tarixi yaradan və yaşadan LİDER - TƏHLİL
Siyasət 13:45ABŞ-İran razılaşması - fırtınadan əvvəl atəşkəs
Siyasət 13:27“Resurs” Kürdəmirdə tədbir keçirdi - FOTOLAR
Sosial 13:23Sabah Azərbaycanda 35 dərəcə isti olacaq
Sosial 13:09Seşki bitdi, dava bitməz - RAKURS
Siyasət 12:56"Müharibələr bazar qiymətlərində dalğalanma yaradır" - İQTİSADÇI DANIŞDI
İqtisadiyyat 12:28Azərbaycan neft məhsullarının ixracından qazancını 3,5 dəfə artırıb
İqtisadiyyat 11:31Uşağın sosiallaşmasında valideynlərin rolu
Sosial 10:27Ramin Məmmədovun vətəndaş qəbulunun vaxtı dəyişib
Sosial 10:05Bəzi rayonlara intensiv yağış yağır
Hadisə 10:03Dünya bazarlarında neft ucuzlaşır
İqtisadiyyat 09:25Zaqatalada avtomobil aşıb, ölən var
Hadisə 09:24DÇ-2026: Səudiyyə Ərəbistan 1-1 Uruqvay
İdman 04:33Putini təhqir edən rəssamı Polşada öldürdülər...
Dünya 03:05Sərnişin daşıyan avtobus qəzaya uğrayıb
Hadisə 02:20Ad gününü qeyd etdi, bir gün sonra öldü...
Şou-Biznes 02:04DÇ-2026: Belçika Misirlə heç-heçə edib
İdman 01:24Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9685
+0,06%
-
GBP
2,2776
-0,11%
-
RUB
2,3446
-0,54%
2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



