Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsi çərçivəsində layihələrin icrası bütün ölkə boyu davam edir. SİA xəbər verir ki, qrant müsabiqəsinin qaliblərindən biri də, Qazax rayon Ş.Cəbiyev adına Daş Salahlı kənd 2 saylı tam orta məktəbinin müəllimi Nuranə Şərifovadır.
Layihə rəhbəri Nüranə Şərifova, “Sağlam gələcək-bizimlə gələcək” Yaşıl dünyanın təşviqi layihəsinin artıq bu ilin noyabr ayından start götürdüyünü qeyd edib.Layihə boyunca bir sıra işlər görülmüşüdür. Eyni zamanda layihədə Qazax şəhər Yol Polisi və Yol salma İdarəsinə velosiped yolları çəkilməsi haqqında xüsusi təkliflər hazırlanmışdır. Bütün bunlarl şagirdlərdə özgüvənliyi, cəmiyyət üşün faydalı olduğümü və nəhayyət, məqsədimiz olan ekoloji təmizliyin qorunmasında öz təkliflərinin faydalı olduğunu anlayırlar..
Layihənin məqsədi- şagirdlər arasında sağlam həyat tərzinin təbliği,asudə vaxtlarının səmərəli təşkili və ekoloji təmizliyin qorunmasına nail olmaqdır.
Bu məqsədlə məktəblilərlə yanaşı, gənc müəllim və valideynlər də layihəyə cəlb olunublar. Bütövlükdə layihəyə Qazax rayonunun üç məktəbindən 10 nəfər müəllim və 30 nəfər şagird cəlb olunub. Əsasən 7-8 və 9-cu sinif şagirdləri olan layihə iştirakçıları təbiətə səyahət edərək,onu necə qorumağın yollarını əyani şəkildə öyrənir,məktəbdə təşkil edilən debatlara qatılırlar. Layihə çərçivəsində müəllim, valideyn və şagirdlər birgə velosiped sürərək “Sağlam gələcək bizimlə gələcək!” devizi ilə layihəni uğurla davam etdirirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə