"Bir ağacı əkib böyütmək, bir övladı böyütməyə bərabərdir" - SƏDR BİLDİRDİ

"Son vaxtlar bir çox bələdiyyələr əhalini narahat edən problemlərin həllinə yönəlmiş sosialyönümlü layihələr həyata keçirirlər. Bilirsiniz ki, şəhər bələdiyyələri park və küçələrin abadlaşdırılmasında yaxından iştirak edirlər". SİA xəbər verir ki, bu sözləri Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosasiyasının sədri Təmraz Tağıyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu gün Azərbaycan Bələdiyyələrinin Milli Assosasiyasının və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin təşkilatçılığı ilə bələdiyyə işçiləri tərəfindən 200-dən artıq həmişəyaşıl ağac əkilib: "Biz bununla hər kəsə “Ağac kəsməyə yox, əkməyə dəstək" mesajını vermiş olduq.

Ümummilli lider Heydər Əliyevin bir kəlamı var: "Bir ağacı əkib böyütmək bir övladı böyütməyə bərabər olan bir şeydir". Ağacları əkib suvarmaq, böyütmək, şəhəri yaşıllığa çevirmək xalqımız üçündür, gələcək nəsillərin sağlam yaşaması eyni zamanda Bakının iqlimi üçündür".

Sədr qeyd edib ki, Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyasları şəhər, qəsəbə və kənd bələdiyyə üzvülərinin beynəlxalq təcrübədən yararlanaraq əhali ilə sırf ünsiyyətdə olub problemlerinin köklü həll olunması istiqamətində də bir sıra layihələrin icrasına başlayıb: "Hədəf, bələdiyyə sistemində köklü dəyişiklik edərək vətəndaş məmnunluğu yaratmaq, ölkədə gedən qlobal islahatlara öz töhfəsini verməkdir.

Ümummilli liderimiz Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirdiyimiz bu sosial layihənin davamı kimi hər birimiz bu salınan yaşıllığa qayğı göstərməli, ekoloji tarazlığın təminatı üçün əlimizdən gələni etməliyik".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə