"Şuşa ili" çərçivəsində maraqlı layihələr icra olundu" - QURUM RƏSMİSİ BİLDİRİB

"Bildiyiniz kimi, 2022-ci il Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən"Şuşa ili" elan edilmişdir. Bu il ərzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi də bir çox fəaliyyətlər icra etmişdir". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva deyib.

O qeyd edib ki, "Şuşa ili" çərçivəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü ilə 1000-ə yaxın beynəlxalq təşkilatların nümayəndələri, eyni zamanda müxtəlif ölkələrdə fəaliyyət göstərən QHT-lərin Şuşaya və Qarabağın digər bölgələrinə səfəri təşkil olunub: "Bu səfərlərin əsas məqsədi ondan ibarətdir ki, onlar həm erməni vandalizmi nəticəsində dağıdılmış ərazilərimizi, tarixi abidələrimizi görsünlər, həm də ölkə başçısının rəhbərliyi ilə aparılan quruculuq işləri ilə tanış olsunlar. Fəaliyyət istiqamətlərindən biri də QHT-lərə maliyyə yardımının ayrılması idi. Bununla bağlı "Şuşa ili" çərçivəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi xüsusi qrant müsabiqəsi elan etdi. Qrant müsabiqəsinə 227 layihə tətbiqi daxil oldu. Müşahidə şurasının müvafiq qərarı ilə 22 layihə qalib seçildi. Müxtəlif formatlı maraqlı layihələr icra olundu. Artıq layihələrin icra prosesi yekunlaşıb. Mətbuat konfransının məqsədi də layihənin nəticələri ilə bağlı media nümayəndələrini məlumatlandırmaq idi".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə