"Qarabağda Urbisid" fotosərgisi "Bakı metropoliteni" üçün çox əhəmiyyətlidir" - QURUM RƏSMİSİ DANIŞDI
"2015-ci ildən Bakı metropolitenləri "Nəriman Nərimanov" və "Gənclik" stansiyalarının keçidləri açıq sərgi məkanlarına çevrilib. Burada çoxsaylı müxtəlif sərgilər nümayiş olunub və hər biri metropoliten sərnişinlərinin diqqətini cəlb edib". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
O, sözlərinə davam edərək bildirib ki, bu gün "Bakı Metropoliteni" üçün ən əhəmiyyətli sərgilərdən biri keçirilir: "Çünki bu sərgi doğma Qarabağımızla bağlıdır və işğaldan azad olunmuş torpaqlarımızda uzun illər törədilmiş vəhşiliklərin nəticəsi olaraq milli-mədəni və tarixi abidələrimizin məhv edilməsini nümayiş etdirir. Əminəm ki, hər bir azərbaycanlının diqqətini cəlb edəcək. Qarabağda olan əvvəlki tarixi-mədəni zənginlik və onun bugünkü forması sərgidə əyani şəkildə nümayiş olunur. Bu gün stansiyanın hər iki keçidində 90-dan artıq stenddə Qarabağın tarixi zənginliyi ilə tanış olmaq mümkündür. Bütün vətəndaşları sərgini əyani izləməyə dəvət edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB