SOCAR "Azəriqaz" İB-nin baş direktoru sakinlərlə görüşəcək

SOCAR “Azəriqaz” İstehslat Birliyinin baş direktoru Ruslan Əliyevin Mingəçevir şəhərində vətəndaş qəbulu keçiriləcək. Qurumdan SİA-ya verilən məlumata görə, 5 dekabr saat 11:00-da Heydər Əliyev Mərkəzində (20 Yanvar küçəsi 172) baş tutacaq görüş zamanı Mingəçevir və Yevlax sakinlərinin müraciətləri dinləniləcək.Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Tərtər Regional qaz istismarı İdarəsinə (tel: 022 236 19 04; 050 845 93 56) müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə