2019-cu ildə Amsterdamda ailə quran Sinan Akçıl və aktrisa Burcu Kıratlı 9 aydan sonra boşanıblar. SİA xarici mətbuata istinadən xəbər verir ki, ayrılığı 20 gün davam edən ikili barışdıqdan sonra 2021-ci ildə yenidən ailə həyatı qurub.
İkinci dəfə ailə quran, lakin xoşbəxtliyi tapa bilməyən cütlük bu gün tək seansda boşanıb.
Beykoz Ədliyyəsində razılaşaraq evliliklərini bitirib.
Boşandıqdan sonra ədliyyə qarşısında jurnalistlərin suallarını cavablandıran Sinan Akçıl "Artıq 5 aydır ayrıyıq. Hər kəsə uğurlar. İlk boşanmada da bu yollardan keçdik" deyib.
Müəllif: Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB