Londonda keçirilməsi planlaşdırılan məşhur "Wireless Festival 2026" ləğv olunub. Məlum olub ki, buna səbəb amerikalı reper Kanye Uest (Ye) üçün Birləşmiş Krallıqa girişin qadağan edilməsidir. Bu barədə tədbirin təşkilatçıları sosial şəbəkə hesablarında açıqlama veriblər.
Bildirilib ki, Daxili İşlər Nazirliyi Ye-nin ölkəyə girişinə icazə vermədiyi üçün festivalı keçirmək mümkün olmayıb. Qeyd edək ki, hip-hop yönümlü festivalın 10–12 iyul tarixlərində Londonun şimalında yerləşən Finsberi parkında keçirilməsi planlaşdırılırdı və əsas səhnədə Kanye Uest olmalı idi. Məlumata görə, reperin ölkəyə girişinə qadağa onun səsləndirdiyi antisemit fikirlərlə bağlı yaranmış siyasi qalmaqal fonunda tətbiq olunub.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB