Şakiranın ərəb ölkələrindəki konsertləri niyə təxirə salındı?

Dünya şöhrətli müğənni Şakiranın Qətər və BƏƏ-də planlaşdırılan konsertləri təxirə salınıb. Bu barədə “Röyters” məlumat yayıb.

Məlumata görə, sənətçinin 1 aprel tarixində Dohada keçirilməsi nəzərdə tutulan konserti regiondakı qeyri-sabit vəziyyət səbəbindən baş tutmayacaq. Qeyd olunub ki, Əbu Dabidə 4 aprel tarixində keçirilməsi planlaşdırılan festival noyabr ayına keçirilib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə