Türkiyəli məşhur müğənni İbrahim Tatlısəs və qızı Dilan Çıtak arasında yaşanan qalmaqal yenə Türkiyə mediasının diqqətindədir. Məlum olub ki, ata-bala arasındakı qalmaqal artıq məhkəmə müstəvisinə keçib. Ötən il Bodrum şəhərində baş verdiyi iddia olunan ailədaxili mübahisənin detalları yenidən müzakirə olunur. İddiaya əsasən, səhər yeməyi zamanı baş verən mübahisə zamanı Tatlısəs qızının ona televizor pultu atdığını bildirib və bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
Hadisə ilə bağlı aparılan araşdırma zamanı sözügedən əşyanın “silah sayılan predmet” kimi qiymətləndirilib-qiymətləndirilməməsi məsələsi də gündəmə gətirilib. Bu səbəbdən başlanmış hüquqi proses daha sonra ictimai ittiham qaydasında açılan cinayət işinə çevrilib.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB