İranın Birləşmiş Ərəb Əmirliklərinə zərbə endirməsi Dubayda olan bir sıra tanınmış şəxsləri də çıxılmaz vəziyyətə salıb. Türkiyəli tanınmışlar Aktyor Şevket Çoruh, İlker Ayrık və aparıcı İvana Sert uçuşların ləğvi səbəbindən Birləşmiş Ərəb Əmirliklərinin ən sıx məskunlaşdığı şəhəri Dubayda qalıblar.
Məlum olub ki, İranın atdığı raketlərdən biri bir çox türk məşhurunun da qaldığı "Fairmont The Palm" otelinin yaxınlığında düşüb. Bir müddətdir oğlu Ateşlə birlikdə Dubayda olan İvana Sert İnstaqramda yaşadığı dəhşətli anları bölüşüb: "Qeyri-adi günlər yaşayırıq. Siqnallar daim çalınır. Bu, qorxuludur. Uçuşlar ölkəmizə qayıdacağımız gün ləğv edildi. Ən qısa zamanda Türkiyəyə gəlmək istəyirik. Amma növbəti uçuşun 4 martda olacağı görünür".
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB