Ebru Gündeş 250 milyonluq iki villasını qızının adına keçirdi...

Türkiyəli müğənni Ebru Gündeşdən xəbər var. Türkiyə mediası yazır ki, ulduz müğənni 14 yaşlı qızı Alaraya 2 villa hədiyyə edib. İfaçı 250 milyon lirə (təxminən 13 milyon manat) dəyərində 2 əkiz villasını övladının adına rəsmiləşdirib. Mülklər İstanbul boğazında yerləşir.

Qeyd edək ki, Alara E. Gündeşin əslən Cənubi Azərbaycandan olan iş adamı Rza Zərrabla evliliyindən dünyaya gəlib. Onlar boşandıqdan sonra qızı ifaçı ilə qalıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə