...Aktrisa Maya Houk musiqiçi Kristian Li Hutsonla evlənib.
SİA-nın əldə etdiyi məlumata görə, səmimi mərasim Nyu-York şəhərində Sevgililər Günündə baş tutub.
Qonaqlar arasında gəlinin valideynləri Uma Turman və Etan Houk, eləcə də Mayanın Robin rolunu canlandırdığı "Stranger Things" filmindəki həmkarları Finn Volfhard, Qeyten Matarazzo, Keleb Maklaflin, Seydi Sink, Nataliya Dayer, Çarli Heaton və Co Kiri də olublar.
Deyilənlərə görə, Cütlüyün münasibətləri 2023-cü ildə ictimaiyyətə açıqlanıb və keçən il Hutson nişanlarını təsdiqləyib.
...Onların birlikdə ilk dəfə Nyu-Yorkda "Con Proktor əclafdır" filminin premyerasında və daha sonra Milanda Prada şousuna qatılıblar.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB