Meyxana ustası Namiq Məna bir neçə gün əvvəl Qubada qızının ailəsi ilə birlikdə qəza keçirməsi hadisəsindən danışıb. SİA xəbər verir ki, N.Məna "Xəzər axşamı" verilişinə telefon bağlantısı zamanı hadisənin təfərrüatlarından bəhs edib: "Təbiət hadisələrindən heç kim sığortlanmayıb. Qubada həmin vaxt yer buz idi. Kürəkənim səriştəsizliyindən maşını aşırtmışdı. Çox şükür olsun ki, xəsarət alan olmadı. Allah saxladı. Nəvəmin 12 yaşı var. Həmin an Qubanın təbiətini lentə almaq istəyirdi. Təsadüfdən həmin qəza da kadrlara düşdü. Ciddi xəsarət almayıblar. Quba sakinlərinə təşəkkür edirəm ki, hadisə baş verəndə yardıma gəliblər. Bunu mən heç vaxt unutmaram. Şükür olsun ki, böyük bir faciədən qurtulduq".
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB