Məşhur aktrisa Los-Ancelesdəki malikanəsini satışa çıxarıb və köçməyi planlaşdırır. İnsayderlər onun uşaqları ilə harada yaşamağı planlaşdırdığını açıqlayıblar.
Ancelina Coli həyatında kəskin bir dəyişikliyə hazırlaşır. Aktrisaya yaxın bir mənbənin sözlərinə görə, o, Los-Ancelesdəki malikanəsini satışa çıxarıb və 2026-cı ilin yayında ABŞ-dan birdəfəlik ayrılmağı planlaşdırır.
SİA xəbər verir ki, People-a görə, Coli uzun müddətdir ki, Hollivuddan ayrılmağı arzulayırdı, çünki onun sözlərinə görə, paparassilərdən qaçmaq mümkün deyil və bütün həyatı kino biznesi ətrafında cəmləşib.
Bred Pittdən boşanma şərtlərinə görə, o, uşaqlarını yetkinlik yaşına çatana qədər ölkədən çıxara bilməyib. 2026-cı ilin iyun ayında ən kiçik uşaqları, əkizləri Noks və Vivienne, bütün məhdudiyyətləri aradan qaldıraraq 18 yaşını qeyd edəcəklər. Aktrisa həyatını ona əziz olan bir neçə ölkə arasında bölməyi planlaşdırır.
O, uşaqlarının dünyaya gəldiyi və anasının sevdiyi Fransada, eləcə də qızları Şilo və Zaharanın doğulduğu Afrikada bir müddət vaxt keçirmək istəyir.
Lakin Coli böyük ailəsi üçün əsas ev kimi böyük oğlu Maddoksu böyütdüyü ölkə olan Kambocanı seçib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB