Türkiyəli müğənni Hadisə yeni mahnısına çəkdirdiyi klipdə filtrəsiz görünüşü ilə gündəmə gəlib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni onun ünvanına yazılan bəzi şərhlərə sərt cavab verib. Son səhnələrində rəqs şousu ilə gündəmə gələn müğənni Hadisə Açıkgöz yeni klipi ilə də diqqət çəkib.
Hadisə "Fırtınam" adlı yeni mahnısının klipi üçün heç bir filtr və fotoşop olmadan kameralar qarşısına keçib. Hadisənin üzündəki mimika, göz ətrafındakı qırışlar, ağır makiyajı diqqətdən yayınmayıb. Bəzi sosial şəbəkə istifadəçiləri Hadisənin videodakı görünüşünə “Üzindəki qırışlar çox açıqdır”, “Hədisə qocalıb!”, “O qırışlar nələrdir?”, “Bu videoda onun qocaldığını hiss etdim” kimi şərhlər yazıb.
Açıqlamaları ilə də gündəmə gələn Hadisə, aldığı tənqidlərə sərt cavab verib. Klipindən fotoları paylaşan Hadisə deyib: "Arıqlayırıq, mühakimə olunuruq. Köklənirik, yenə mühakimə olunuruq. Biz filtrlərdən istifadə edirik, deyirlər ki, bu, real deyil. Sətirlərimizi göstəririk, deyirlər ki, qocalmısan. Onlar düşünürlər ki, qadın olmaq nə olursa-olsun mühakiməyə açıq olmaq deməkdir. Amma mən heç vaxt bu qaydalarla yaşamamışam. Nə səhnədə, nə də güzgüdə”.
Bütün xəbərlər Facebook səhifəmizdə