Amerikalı aktyorlar Bred Pitt və Ancelina Coli səkkiz illik məhkəmə çəkişməsindən sonra boşanma şərtləri ilə bağlı razılığa gələ biliblər.
SİA-nın məlumatına görə, bu barədə “People” jurnalı yazır. Nəşr Colinin vəkilindən sitat gətirir: “O və uşaqlar Pittlə bölüşdükləri bütün əmlakı tərk etdilər və o vaxtdan bəri o, ailəsi üçün sülh və əmin-amanlıq tapmağa diqqət yetirdi”.
Vəkilin sözlərinə görə, Ancelina yorğundur, lakin bu hissənin onun arxasında qalmasına sevinir.
Lakin Pittin nümayəndəsi boşanma xəbərlərini şərh etməkdən imtina edib.
Qeyd edək ki, bundan əvvəl Coli və Pittin qızı Şilo atasının soyadından rəsmən imtina edib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə