Amerikalı aktrisa və “Aclıq oyunları” filminin ulduzu Cennifer Lourens həyat yoldaşı Kuk Maruni ilə gəzərkən fotokameralara tuş gəlib.
Fotodan görünür ki, məşhur daha çox formada olan paltarlar geyinərək hamiləliyini gizlətməyə çalışmır.
Nyu-York küçələrinin birində yağışlı havaya baxmayaraq, rahat gəzintiyə çıxan cütlük paparassilərə tuş gəlib.
SİA xatırladır ki, həyat yoldaşları 5 ilə yaxındır ki, evlilik münasibətindədirlər. Bu müddət ərzində onların indi 2 yaşı olan Su adlı oğlu olub.
Aktrisa ikinci hamiləliyini bu yaxınlarda, bu ilin oktyabrında açıqlayıb.
Bundan əvvəl Hollivud ulduzu Los-Ancelesdəki Hammer Muzeyində qırmızı xalçada görünüb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə