"Cənubi Qafqazdakı bütün proseslərin hərəkətverici qüvvəsi rolunda Azərbaycan iştirak edir" POLİTOLOQ AÇIQLADI

"2020- ci ilin sentyabr ayında başlanan Vətən müharibəsindən sonra Azərbaycanın həyata keçirdiyi düşünülmüş nəticə yönümlü siyasətin yekununda Qarabağdakı speratçı qüvvələr və məcburi köçürülmüş erməni əhali burada yaşamaq istəmir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.

Onun sözlərinə görə, ermənilər gözəl dərk edirlər ki, nəinki Qarabağda və Azərbaycanın sərhədləri daxilində, bu sərhədlərdən kənarda da, Cənubi Qafqazda baş verən proseslər də Azərbaycanın maraqlarına uyğun şəkildə həyata keçirilir: "Cənubi Qafqazda baş verən bütün proseslərin hərəkətverici qüvvəsi rolunda Azərbaycan iştirak edir. Ermənilər Azərbaycan ərazisində qala bilməyəcəklərini yaxşı dərk edirlər. Mümkün olduğu halda Azərbaycandan çıxmaq və ya başqa bir ölkəyə köçmək istəyirlər. 31 avqust tarixində keçirilən görüş zamanı Azərbaycan prezidentinin irəli sürdüyü və diktə etdiyi şərtlər, nəinki Ermənistan, həm də beynəlxalq ictimaiyyət və təşkilatlar tərəfindən qəbul edilməsi onu göstərir ki, Dağlıq Qarabağla bağlı termin müzakirə mövzusu deyil. Qarabağda ermənilərə hər hansı status verilməsi ilə bağlı məsələ artıq nəinki Ermənistanın, beynəlxalq təşkilatlarında gündəliyindən çıxarılıb. ATƏT-in Minsk qrupu kimi bir təşkilat tarixə qovuşub. Bunu dərk edən Qarabağdakı speratçı erməni qüvvələr və eyni zamanda, Ermənistan hakimiyyətinə qarşı olan revanşist qüvvələr, erməni terror təşkilatları, erməni Qriqoryan kilsəsi və dünyada Qarabağda ərazi məsələsini böyük bir biznesə çevirərək hər il milyonlarla gəlir əldə edən erməni diaspor təşkilatları mümkün bütün variantları istifadə etməklə ya Qarabağdakı ermənilərə statusun əldə edilməsi, ya da problemin uzadılmasına çalışırlar".

Anar Əliyev sözlərinə əlavə edərək bildirib ki, Azərbaycan Vətən müharibəsində qələbə əldə etməsi ilə Ermənsitanın Azərbaycana qarşı ərazi iddialarını və işğal faktorunu aradan qaldırmaqla yanaşı, uzun illərə dayanan erməni Qriqoryan kilsəsinin, erməni diapor təşkilatlarının və onların arxasında dayanan böyük dünya güclərinin Böyük Ermənistan dövləti xülyası xəyallarının üstündən xətt çəkildi: "Azərbaycan böyük qərb imperiyalarının, Fransanın neo- imperializm siyasərtinin ermənilər üzərindən bütün bölgəni nəzarətdə saxlamaq və bölgə dövlətlərinə təsir etmək imkanlarını əlindən almış oldu. Buna görə də bundan sonra Qarabağda ermənilər yalnız Azərbaycan qanunvericiliyi şərtləri daxilində Azərbaycan vətəndaşlığını qəbul etməklə Azərbaycan bayrağı altında yaşaya bilərlər. Onlara hər hansı status verilməsi müzakirə mövzusu deyil. Bu, Azərbaycanın mövcud qanunvericiliyinə ziddir. Az bir kəsim təşkil edən erməni icmasına status verilməsi Azərbaycan siyasətinin istiqamətini və hədəflərini təşkil etmir. Azərbaycan unitar dövlətdir. Çoxlu sayda Azərbaycanda etnik qruplar yaşayır. Azərbaycan bütün vətəndaşların hüquq və təhlükəsizliyini necə təmin edibsə, Azərbaycan qanunları ilə yaşayacaq erməni əsilli Azərbaycan vətəndaşlarının da hüquq və təhlükəsizliyi təmin ediləcək".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə