"Laçındakı evlər ermənilərə məxsus olmadığı üçün yandırılır" SİYASİ EKSPERT AÇIQLADI
"10 noyabr üçtərəfli bəyanatından sonra Laçın, Ağdam və Kəlbəcər Azərbaycan ordusuna təhvil verildi. Ermənilər Kəlbəcəri boşaldarkən evləri, əraziləri, meşələri yandırırdılar". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Asif Nərimanlı deyib.
Asif Nərimanlı bildirib ki, artıq eyni proses Laçında baş verir: "Bu, bir daha təsdiq edir ki, Qarabağ ərazisi ermənilərə məxsus deyil. Çünki birinci Qarabağ müharibəsini müqayisə etdikdə oradan çıxan azərbaycanlılar doğma yurdlarından çıxarkən əşyalarını belə götürməmişdilər. Bu, onu göstərir ki, Qarabağ Azərbaycanındır. İnsan öz qurduğunu, düzəltdiyini yandıra bilməz. Həm də qayıdacağı düşüncəsi ilə də etməz. Lakin ermənilərin Kəlbəcəri və Laçını yandıraraq tərk etməsi ondan irəli gəlir ki, bu evlər onlara məxsus deyil. Azərbaycana zərər vurmaq istəyindədirlər. Düzdür, Azərbaycan Qarabağda yenidənqurma işləri apararaq hər yeri yeniləyəcək. Ermənilər istəyirlər ki, azərbaycanlılar yurdlarına qayıdarkən evlərini yanmış vəziyyətdə görsünlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB