"Partiyalararası görüş ciddi bir hadisə kimi diqqəti cəlb etdi" PARTİYA SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

"Prezident Administrasiyası siyasi partiyalarla və parlamentlə iş şöbəsi bu cür konfransları artıq ənənəyə çevirib". Bunu SİA-ya açıqlamasında Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı ötən gün “Siyasi partiyalar: Zəfər, yeni reallıq və dialoq” mövzusunda görüşə fikir bildirərkən deyib.

Partiya sədri F.Ağamalı qeyd edib ki, davamlı və sistemli xarakter daşıyan bu konfranslar Milli Məclisdə təmsil olunan və olunmayan, ölkə miqyasında fəaliyyət göstərən siyasi partiyalarla hakimiyyətin məsul əməkdaşının və işçisinin iştirakı, moderatorluğu ilə bu videokonfranslar keçirilir və müzakirələr aparılır: “Dünən keçirilən konfransı çox ciddi dəyərləndirirəm. İlk növbədə, bunun hansı zamanda və hansı adla keçirilməsinin çox vacib əhəmiyyəti var. Müharibədən qalib çıxmış bir ölkə kimi hər birimizdə yüksək qürurverici amil olan “Zəfər” qələbəsindən sonra siyasi partiyaların iqtidarla keçirdiyi videokonfrans idi. Digər bir tərəfdən bunun həm də zaman etibarı ilə indiki vaxtda, yeni adla “Zəfər, yeni reallıq və dialoq” mövzusunda keçirilməsi də özünü ciddi bir hadisə kimi göstərdi və videokonfrans diqqəti çəkdi. Düşünürəm ki, bu hadisə siyasi tariximizdə özünəməxsus bir yer tutacaq. Bu konfrans ona görə gözlənilən idi ki, siyasi partiyalar 44 günlük vətən müharibəsi ərəfəsində, həm müharibə dövründə, həm də müharibədən sonrakı zaman kəsiyində özünün siyasi fəallığını, dövlətçilik və milli maraqlara söykənən fəaliyyətlərinin dəyişməz olduğunu bir daha nümayiş etdirdi”.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə