"Sosial ədalətə əsaslanan cəmiyyət qurmaq bizim milli hədəfimizidir" - DEPUTAT ŞƏRH ETDİ

"Bu ilin fevral ayında ölkə Prezidenti tərəfindən "Azərbaycan 2030 sosial iqtisadi inkişafa dair" milli prioritetlərimiz təsdiqlənib". Bunu SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Debutat qeyd edib ki, yaxın 10 il üçün dayanıqlı artan rəqabət qabiliyyətli iqtisadiyyat və dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət qurmaq bizim milli hədəfimizidir: "Üstəlik, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı formalaşdırmaq, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışı təmin etmək kimi ciddi vəzifələr müəyyən olunub. Digər tərəfdən, indiki dönəmdə əldə olunan qələbənin siyasi nəticələrinin qorunması və möhkəmləndirilməsi kimi ciddi hədəfimiz var. Tarixi-siyasi və iqtisadi şəraiti təhlil etsək, pandemiyanın səbəb olduğu böhran və daha sonra müharibənin təsirləri fonunda əlbəttə bu hədəflərə yalnız ciddi iradəyə əsaslanan siyasi kursla nail olmaq olar. Proseslərin gedişatı heç şübhəsiz ki, Azərbaycanda bu siyasi iradənin mövcudluğundan xəbər verir".

Bəhruz Məhərrəmov sözlərinə əlavə edərək bildirib ki, bu gün ölkədə əsas diqqət "Böyük Qayıdışa" yönəlsə də digər bölgələrin inkişaf perspektivi diqqətdən kənarda qalmır: "Prezident İlham Əliyevin Sumqayıtda sosial-iqtisadi obyektlərin açılışı bu prosesin tərkib hissəsidir. Bildiyiniz kimi, pandemiya və postmüharibə dövründə bu tip açılışlar ilk deyil və onu göstərir ki, Azərbaycanın çox mürəkkəb bir periodda nəinki güc və imkanlarının bərpa edə, hətta genişləndirə bilib".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...