Müdafiə Nazirliyinin hərbi hissəsində yanğın: 6 əsgər yanıq xəsarətləri alıb

Müdafiə Nazirliyinin hərbi hissəsində yanğın: 6 əsgər yanıq xəsarətləri alıb

Azərbaycan Müdafiə Nazirliyinin Şəmkir Hərbi Birləşməsin Gədəbəy rayonunda yerləşən hərbi hissəsində yanğın qeydə alınıb. SİA-nın xəbərinə görə, hadisə martın 23-də olub. Belə ki, əsgərlər generatoru işə salmaq istəyərkən yanğın baş verib, nəticədə sığınacaq, odlu silah və döyüş sursatı yanıb.

 

Yanğın zamanı, həmçinin 6 əsgər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev SİA-ya faktı təsdiqləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə