Fizuli Ələkbərov: “Özünə dəstək” proqramının pilot rayonlarda tətbiqi bu il ərzində yekunlaşacaq”
"Özünə dəstək" proqramının pilot rayonlarda tətbiqi bu il ərzində yekunlaşacaq. Gələn ildən isə, bütün respublikada bu layihənin tətbiqinə başlana bilər". SİA-nın bölgə müxbiri xəbər verir ki, bu barədə ölkənin qərb bölgəsində səfərdə olan əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov məlumat verib.
Onun sözlərinə görə, "Özünə dəstək" proqramının pilot rayonlarda icrası müsbət nəticələr verib. "Bu layihənin pilot variantı bir neçə rayonda tətbiq olunub. Çox yüksək nəticələr əldə edilib. Çalışacağıq ilk üç ayda pilot layihələri bitirək və respublikanın digər bölgələrində tətbiqinə başlayaq", F. Ələkbərov əlavə edib.
Xatırladaq ki, layihəyə əsasən, kasıb ailələrə müəyyən məbləğdə birdəfəlik vəsait ayrılacaq ki, onlar ailə daxilində məşğulluq problemini həll edib, işlə - şəxsi istehsalla məşğul olsunlar və bununla da özlərini təmin edə bilsinlər. İlkin hesablamalara görə, yeni layihə çərçivəsində aztəminatlı ailələrə verilən birdəfəlik vəsaitin məbləği ünvanlı yardım kimi bir il ərzində verilən məbləğə bərabər olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB