Azərbaycan Prezidenti İlham Əliyev Qobustan Milli Tarix-Bədii Qoruğu muzeyinin yeni binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. SİA-nın məlumatına görə, sərəncamda qeyd olunur ki, Qobustan Milli Tarix-Bədii Qoruğu muzeyinin yeni binasının tikintisi üçün 2011-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan Mədəniyyət və Turizm Nazirliyinə 2,0 (iki) milyon manat vəsait ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirmək tapşırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB