Rəbiyyət Aslanova: “Dünyəvilik prinsipinə əsaslanan təhsil sistemində şagirdlərin dərsə hicabla gəlməsi mümkün deyil” - MÜNASİBƏT

Rəbiyyət Aslanova: “Dünyəvilik prinsipinə əsaslanan təhsil sistemində şagirdlərin dərsə hicabla gəlməsi mümkün deyil” - MÜNASİBƏT
"Azərbaycanda dini tədris ocaqları, islam ocaqları olan mədrəsələr fəaliyyət göstərir. Həmin ümumtəhsil ocaqlarında hicablı şagirdlərin təhsil alan insanlar üçün belə bir məhdudiyyət yoxdur və ola da bilməz". Bu barədə SİA-ya açıqlamasında millət vəkili Rəbiyyət Aslanova təhsil naziri Misir Mərdanovun hicabla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. O bildirib ki, ancaq dünyəvilik prinsipinə əsaslanan təhsil sistemində bu, yəni şagirdlərin dərsə hicabla gəlməsi mümkün deyil. Millət vəkilinin sözlərinə görə, bunun insan hüquqlarının pozulması ilə heç bir əlaqəsi yoxdur.

"Azərbaycan dünyəvi, demokratik və hüquqi bir dövlətdir. Azərbaycanda din və dövlət münasibətləri Konstitusiya ilə təmzimlənir. Azərbaycan təhsilinin ali prinsipləri də məhz onun dünyəvi dövlət olduğu məqamlara söykənir. Bu baxımdan Azərbaycanın dünyəvi təhsil ocaqlarında hicabla dərsə gəlmək məsələsi həmin prinsiplərə ziddir", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə