Qərib Məmmədov: “Bir qrup adamlar öz torpaqlarından səmərəli istifadə istifadə etmirlər və bu da torpağın münbitsizləşməsinə gətirib çıxarır”
Torpağa yaxşı diqqət yetirməyəndə, gübrə verməyəndə ondan səmərəli istifadə etmək mümkün olmur. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov deyib. O bildirib ki, ölkə ərazisində torpağın münbitliyin həmişə olduğu kimi qaydasındadır. Azərbaycanda 11 iqlim tipinin 9-nun mövcud olduğunu deyən Q.Məmmədovun sözlərinə görə, bu o deməkdir ki, ölkədə 9 torpaq zonası mövcuddur və onların hərəsinin də öz yeri var.
Komitə sədri qeyd edib ki, bir qrup adamlar öz torpaqlarından səmərəli istifadə istifadə etmirlər və bu da təbii ki, torpağın münbitsizləşməsinə gətirib çıxarır.
"Bunların bir qismi başqa ölkədədir, qalan halda isə torpaqdan istifadə olunmur. Əvvəllər torpağın dövlət mülkiyyəti forması var idi. Burada da ərazi böyük olduğuna görə müasir texnologiya istifadə olunurdu. İndi vətəndaşlar torpaq sahələri alıblar ki, burada da müasir texnologiyanı tətbiq etmək mümkün deyil. O mənada dünyada belə təcrübə var ki, insanlar, mülkiyyət sahibləri birləşib böyük sahə yarada və bundan səmərəli istifadə edə bilərlər. Kiçik fermer təsərrüfatları birləşib iri fermer təsərrüfatları yaratmalıdırlar ki, bunu həm müasir texnologiya, gübrə sistemi, həm də kollektiv cins sistemi tətbiq etməklə yüksək məhsul etmək mümkün olsun", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB