Azərbaycan hərbçiləri xarici ölkələrdə keçiriləcək bir sıra tədbirlərdə iştirak edəcəklər
Azərbaycan hərbçiləri xarici ölkələrdə keçiriləcək bir sıra tədbirlərdə iştirak edəcəklər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, noyabrın 22-dən dekabrın 3-dək Macarıstanın paytaxtı Budapeştdə Qərargah zabitləri üçün hərbi terminologiya kursu, noyabrın 25-dən dekabrın 3-dək Qazaxıstanın paytaxtı Astanada ATƏT-də təmsil olunan daimi nümayəndəliklərin zirvə görüşü, noyabrın 30-dan dekabrın 2-dək Finlandiyanın Tusula şəhərində Əməliyyat İmkanları Konsepsiyası Məlumat Bazası üzrə təlim kursu keçiriləcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB