Avstriya və Azərbaycan arasında dövlət qulluğu sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada (DQMK) qurumun sədri Bəhram Xəlilov Avstriya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Silvia Mayer-Kaybiç ilə görüşüb. Komissiyadan SİA-ya verilən xəbərə görə, görüşdə B.Xəlilov Azərbaycanda dövlət qulluğu sahəsində həyata keçirilən islahatlardan danışaraq komissiyanın funksiyaları və fəaliyyəti, dövlət qulluğuna qəbulun müsabiqə yolu ilə təşkili, bu sahədə əldə etdiyi uğurlar və tətbiq etdiyi yeniliklər barədə qonağa geniş məlumat verib. O, Azərbaycanın Avropa İttifaqı ölkələri ilə əməkdaşlığına xüsusi önəm verdiyini qeyd edərək qurumun beynəlxalq təşkilatlarla birgə həyata keçirdiyi layihələrin uğurla nəticələnməsi barədə danışıb.
Avstriyanın dövlət qulluğu və kadrların idarə olunması sahəsində böyük təcrübəyə malik olduğunu bildirən B.Xəlilov bu sahədə iki ölkə arasında əlaqələrin genişləndirilməsinin zəruri olduğunu vurğulayıb.
Silvia Mayer-Kaybiç vətəndaşların dövlət qulluğuna qəbulunun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsini yüksək qiymətləndirib və bunun Azərbaycanın gələcək inkişafına öz gərəkli töhfəsini verəcəyinə əminliyini bildirib. Eyni zamanda o, iki ölkə arasında əlaqələrin, dövlət qulluğu sahəsində əməkdaşlığın gələcəkdə də inkişaf etməsi üçün səfir kimi əlindən gələni edəcəyini vurğulayıb.
Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə Avstriya Respublikasının dövlət qulluğu sahəsinə məsul olan qurumla Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya arasında dövlət idarəçiliyi və dövlət qulluğu sahəsində əməkdaşlığın perspektivləri də müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB