Sonq Venyan: “Bakıda keçirilən iclas Asiya ölkələri üçün əhəmiyyətlidir” MÜNASİBƏT

"İCAPP-ın Qadınlar Qolunun Bakıda keçirilən iclası Asiya ölkələri üçün olduqca böyük əhəmiyyətə malikdir. Həmçinin bu tədbir Asiya ölkələri qadınları ilə Azərbaycan qadınları arasında əməkdaşlığın daha da genişləndirilməsinə öz tövhəsini vermiş olacaq". SİA-nın xəbərinə görə, bu fikirləri Ümumçin Qadın Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin baş direktor müavini Sonq Venyan bu gün Bakıda keçirilən İCAPP-ın Qadınlar Qolununun III iclası zamanı jurnalistlərə açıqlamasında deyib.

Sonq Venyan bildirib ki, qadınlar arasında belə müzakirələrin mütəmadi olaraq keçirilməsi onların ictimai-siyasi fəaliyyətlərinin daha da aktivləşməsinə müsbət təsir göstərir: "Ona görə şəxsən mən İCAPP-ın işində fəal iştirak etdiyinə görə Yeni Azərbaycan Partiyasının rəhbərliyinə öz təşəkkürümü bildirirəm".

Sonq Venyan onu da əlavə edib ki, təmsil etdiyi Çin Xalq Respublikasında qadın hüquqlarının qorunması istiqamətində vacib addımlar atılır: " Bütün sahələrdə qadınların təmsilçiliyi baxımdan böyük işlər görülür. Bununla əlaqədar olaraq qanunvericiliyə müəyyən dəyişikliklər edilib, eləcə də Konstitusiya islahatlarında gender bərabərliyinin təmin olunmasına xüsusi diqqət yetirilib. Bir sözlə ölkəmizdə qadınların iqtisadi, siyasi, mədəni və digər sahələrdə iştirakı üçün bütün zəmin yaradılıb. Onlar da bu hüquqlardan istifadə etməyə çalışırlar".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...