“Bir müddət öncə ABŞ-ın İran əleyhinə kəskinləşən siyasi və informasiya hücumları səngimiş görünsə də, hazırda vəziyyət bunun tam əksini göstərir. Xüsusilə İsrailin bu prosesə fəal şəkildə qoşulması proseslərin davamlı olacağını, prezident Donald Trampın bu məqsədindən vaz keçmədiyini ortaya çıxarır. Bir ara Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və digər ərəb dövlətlərinin Ağ Evi bu prosesdən çəkindirdiyi deyilsə də, görünür Birləşmiş Ştatlar hökuməti Xomenei rejimini aradan qaldırmaqda israrlıdır. Əlbəttə, özünün regiondakı yeni və mühüm planlarını reallaşdırmaq üçün Vaşinqton “mollalarla” vidalaşmağa hazırlıqlı görünür”.
Bu fikirləri SİA-ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, hazırda ABŞ Administrasiyası Yaxın Şərq və Cənubi Qafqaz üçün mühüm iqtisadi və infrastruktur planları reallaşdırmaq üzrədir. “Xüsusilə bölgədə TRIPP layihəsinin birbaşa Vaşinqtonun təşəbbüsü ilə reallaşdırılmasına hazırlıq görüldüyü vaxtda, bunun tam əksinə olaraq Rusiyanın bölgədəki proseslərdə oyundankənar vəziyyətdə qalması həm də İranın hazırkı rejimi üçün də son dərəcə arzuolunmaz faktdır. Getdikcə bölgəyə yerləşən və əsas infrastruktur layihələrin müəllifi olan ABŞ, yeni siyasəti üçün yeni İran formalaşdırmaq istəyir. Əgər D.Tramp İrandakı rejim dəyişikliyinə nail olarsa, bu, bütün bölgədə yeni siyasi və iqtisadi xəritənin ortaya çıxması deməkdir. Iran “loxması” D.Trampın siyasi hədəfləri sırasında ən aktualıdır. Əlbəttə, nəticəni zaman göstərəcək”.
Afət Tahirqızı
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB