Ermənistan Trampın "Sülh Şurasına" pulsuz üzv olub? - AÇIQLAMA

Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, rəsmi İrəvan "Sülh Şurasının Nizamnaməsi" maliyyə töhfələri əsasında Şuraya könüllülük əsasında üzv olmağı nəzərdə tutur. Bu barədə Ermənistan XİN-in rəsmi nümayəndəsi Ani Badalyan yerli medianın Ermənistanın Sülh Şurasına üzvlük üçün nə qədər pul ödəməli olacağı ilə bağlı sualına cavabında bildirib.

SİTAT: “ABŞ prezidenti Trampın dəvət etdiyi ölkə üç ilədək müddətə dəqiq müəyyən edilmiş üzvlük haqqı olmadan şuraya üzv ola bilər və bu müddətin sonunda müəyyən edilmiş qaydada nəzərdən keçirilməlidir. Ermənistan hökuməti bu əsaslarla Sülh Şurasına üzvlüyünü təsdiqləyib”.
Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə