"8 Noyabr bizim şanlı Zəfər bayramımızdır. 44 günlük savaşdan sonra Azərbaycan Ermənistan üzərində qələbə qazandı və verdiyi şəhidlərin qanını yerdə qoymayaraq bu qələbəni əldə etdi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Ramiyə Məmmədova deyib.

Politoloqun sözlərinə görə, həmin qələbə günü hər il 8 Noyabrda qeyd olunur: "Bu tarix Azərbaycanın həyatında xüsusi əhəmiyyət kəsb edir. 30 illik işğal dövründən sonra Azərbaycan torpaqları düşməndən azad olundu və Vətən Müharibəsində qazanılan bu qələbə xalqımız üçün böyük şərəf və ləyaqət məsələsidir. Bu savaşda biz qadın, uşaq, qoca demədən çox sayda insanımızı itirdik.
Hər il bu itkilər bizə xatırladırdı ki, torpaqlarımız işğal altındadır. Xocalı soyqırımı, Laçın, Şuşa – bu adlar yaddaşımıza həkk olunub. İndi isə biz bilirik ki, şəhidlərimizin ruhu şaddır, onlar bizimlə bərabər sevinirlər.30 il sonra torpaqlarımız – Qarabağ azad olundu. Bu qələbə, əlbəttə ki, cənab Prezidentin sücaəti, uzaqgörənliyi və strateji hazırlığı sayəsində mümkün oldu. O, hakimiyyətə gələndən sonra bu savaşa uzun müddət hazırlıq apardı. Dövlət, ordu, iqtisadiyyat və siyasət baxımından bütün sahələrdə ciddi fəaliyyət göstərildi. Bizə uzun illər ərzində müxtəlif vədlər verilsə də, Qarabağı yalnız öz gücümüzlə, savaş yolu ilə azad edə biləcəyimizi başa düşdük. Azərbaycan xalqı olaraq əsgərlərimizin sücaəti və şəhidlərimizin qanı bahasına bu torpaqları geri aldıq.
Hazırda diplomatik səylərlə sülh prosesinə doğru irəliləyirik. Sülh müqaviləsinin imzalanması, Zəngəzur dəhlizinin açılması və bölgədə gedən proseslər göstərir ki, Azərbaycan təkcə region üçün deyil, dünya üçün də yeni bir nəfəs, yeni bir nümunə oldu. Bu zəfər bizim qəlbimizdə əbədi yaşayacaq və hər zaman şəhidlərimizi yaşadan bir bayram olaraq qalacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB